Röyanın oğlu ilə paylaşdığı yarıçılpaq foto qalmaqala səbəb olub - "AXMAQLAR GÜNÜ-GÜNDƏN ÇOXALIR"

  • Müəllif: admin
  • 18 Sentyabr 2017 10:30

roya

Müğənni Röyanın şəxsi “instagram” hesabında oğlu Hüseynlə paylaşdığı foto qalmaqala səbəb olub.

Gununsesi.info xəbər verir ki, izləyiciləri əməkdar artisti övladı ilə paylaşdığı açıq-saçıq şəkilə görə qınayıblar.

35 yaşlı sənətçinin övladı ilə bu tərzdə şəkil çəkib paylaşmasının doğru olmadığı bildirilib.

Lakin, Röya da bu tənqidləri cavabsız qoymayıb. O cavab olaraq bunları yazıb: “İnstagram”da bundan sonra fikirlərinizi yazmaq olmayacaq. Hamıya şamil etmirəm, amma axmaqlar günü-gündən çoxalır. Mentalitetdən dəm vuranlar, arada bir özünüz haqqında oxuyun”.

received_1436027139846977

Gununsesi.info