Rüfət Səfərovun həbs xəbəri yayıldı

  • By admin
  • 18 Fevral 2020 18:38

Bir neçə dəqiqə öncə Baş prokurorluğun sabiq müstəntiqi, keçmiş siyasi məhbus Rüfət Səfərov Binəqədi rayonunda yaşadığı evin həyətində mülki geyimli şəxslər tərəfindən aparılıb.

Bu barədə Gununsesi.org-a  Rüfət Səfərovun atası keçmiş millət vəkili Eldar Sabiroğlu deyib. Onun sözlərinə görə, oğlu və qızı birlikdə evdən çıxıb gedərkən mülkigeyimlilər özlərini polis kimi təqdim edərək Rüfəti özləri ilə aparıblar. “Qızımla birlikdə evdən çıxmışdılar. Qızım tez mənə zəng vurdu ki, Rüfəti aparıblar. Hara aparıldığını və səbəbini bilmirik. Bu gün aksiya və mitinq yoxdur ki, deyək ki, mitinqə görə polisə aparıblar”, – deyə Eldar Sabiroğlu qeyd edib.

 

 

Gununsesi.org