
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Cənubi Afrikada yaşayan və uşaqlığından bəri görünüşünə görə ələ salınan albinos xəstəsi gənc qız fərqli görünüşü sayəsində modellik təklifi alıb.
Cənubi Afrikanın Durban bölgəsində yaşayan 20 yaşlı Nontobeko Mbuyazi həyatının uşaqlıq çağlarında başqaları tərəfindən lağa qoyulduğu üçün həmin illəri heç də xoş xatırlamır.
Dərisinin rənginin həddən artıq bəyazlığına görə ruha bənzədilən gənc qız bir müddət əvvəl modellik agentliyinin diqqətini çəkib.
Artıq model kimi fəaliyyət göstərən Nontobeko digər albinos xəstəliyindən əziyyət çəkənlərə də möhkəm olmağı və özlərini sevmələrini məsləhət görüb.




Gununsesi.info











