Ruhani və Ərdoğan iki ölkə arasında yaranan gərginliyi müzakirə ediblər

  • By admin
  • 02 Mart 2017 13:48
erdogan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti  Həsən Ruhani ilə iki ölkə  arasında yaranmış qalmaqalı müzakirə edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezidenti  Həsən Ruhani İslamabadda keçirdiyi təkbətək görüşdə son günlərdə iki ölkə arasında  Suriya məsələsində yaranmış fikirayrılığı və bunun nəticəsində iki ölkə arasında yaranmış gərginliyin azaldılması məsələlərini müzakirə ediblər.
Gununsesi.info “Mehr News”-ə istinadən xəbər verir ki,  görüşdə  H. Ruhani  İranın terrorizmə qarşı mübarizədə mövqeyinin dəyişməz olduğunu, həmçinin  qonşularının və region  ölkələrinin ərazi  bütövlüyünə hörmətlə yanaşdığını, o cümlədən İraq və Suriyanın bölünməsinin tərəfdarı olmadığını dilə gətirib.
İkitərəfli münasibətlərin inkişafına toxunun H. Ruhani deyib ki, əlaqələrin inkişaf etdirilməsi  təki ilki ölkənin xeyrinə deyil, eyni zamanda bütövlükdə bölgədə sabitliyin təmin olunmasına   öz töhfəsini verəcək.
 H. Ruhani xüsusilə qeyd edib ki, İran və Türkiyə  Suriyadakı münaqişənin həllində həlledici rol malikdir.
Ərdoğan isə öz növbəsində bildirib ki, Ankara və Tehran  bölgədə gərginliyin azaldılması istiqamətində birgə hərəkət edir. “Türkiyə İranla ticarət dövriyyəsini 30 milyard dollar həcminə qaldırmağı qarşısına hədəf qoyub. Ona görə də deyirəm ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafı ümumilikdə bölgənin inkiaşfına, rifah halının yaxşılaşmasına xidmət edəcək. Biz eyni zamanda terrorizmə qarşı mübarizədə bir olub, yaxın Şərqdəki problemlərin həllinə də öz töhfəmizi verə bilərik”- deyə, Ərdoğan bildirib.
Mürtəza
Gununsesi.info