Suriya böhranı xarici qüvvələrin müdaxiləsindən sonra daha da dərinləşir.
Axar.az xəbər verir ki, bu sözləri İran prezidentliyinə namizəd İbrahim Rəisi deyib.
“Xarici qüvvələr Suriyanın varlığına həmişə müdaxilə etsələr də, indiyə kimi heç bir problemi həll edə bilməyiblər. İcazə verək, Suriyanın taleyini xalq özü həll etsin”, – o bildirib.
Qeyd edək ki, İbrahim Rəisi mayın 19-u keçiriləcək 12-ci prezident seçkilərində Həsən Ruhaninin ən güclü rəqibi sayılır.
Gununsesi.info











