İranda keçirilən prezident seçkiləri nəticəsində qalib gələn Həsən Ruhaninin tərəfdarlarının küçələrə axışmasından sonra ölkə daxilində qələbə şənliklərinin keçirilməsi qadağan edilib.
Axar.az xəbər verir ki, İran Seçki Komissiyasından verilən açıqlamada bu gündən etibarən qalibiyyəti qeyd etmək məqsədilə küçə və meydanlarda toplaşmağın qadağan edildiyi bildirilib.
Qərarın ictimai asayişi qorumaq və ortaya çıxa biləcək hər cür təxribatın qarşısını almaq məqsədilə verildiyi qeyd olunub.
Qeyd edək ki, İranda cümə günü keçirilən prezident seçkiləri zamanı indiki prezident Həsən Ruhani 57 faiz səslə qalib gəlib.
Gununsesi.info












