Rumıniya Prezidenti pulla cəzalandırıldı

  • By admin
  • 21 May 2020 10:04
Rumıniya Milli İstiqlal Əleyhinə Şurası ölkə prezidenti Klaus Yohannisi macar dilinə lağ etdiyinə görə 5 min lei cərimə etmək qərarına gəlib.
Gununsesi.org Qaynarinfo-ya istinadla xəbər verir ki, bu haqda DW məlumat yayıb. Məlumatda deyilir ki, Şura dövlət başçısının etnik azlığın ləyaqətinə etinasız yanaşdığı qənaətinə gəlib.
Televiziya çıxışında Klaus Yohannis PSD partiyasından olan müxalifləri Macarıstan hökumətinin başçısı Viktor Orban ilə razılaşaraq Rumıniyanın Transilvaniya bölgəsinin Macarıstana verməkdə suçlayıb. Yohannis çıxışını PSD-ni macar dilində salamlamaqla başlayıb və PSD sözünü karikaturavari macar vurğusu ilə ifadə edib.
Prezidentin özü Şuranın qərarının siyasi çalar daşıdığını hesab edir. O, bu cərimə ilə məhkəməyə şikayət edəcəyini bildirib.