Rumıniya Rusiyalı diplomatı ölkədən qovdu

  • By admin
  • 19 Avqust 2022 20:20

Rumıniya Rusiyanın Buxarestdəki səfirliyinin əməkdaşını persona non-qrata elan edərək ölkədən qovub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qərarin qəbul edilməsinə səbəb kimi 1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına əməl edilməməsi göstərilir.

Bundan əvvəl Rumıniya 10 rus diplomatını ölkədən çıxarmışdı.

Rusiyalı diplomatın konvensiyanın hansı maddəsini pozduğu və digər detallar açıqlanmayıb.

Gununsesi.info