Rus aviaşirkəti Azərbaycana uçuşları dayandırdı

  • By admin
  • 02 İyun 2016 13:49

TEYYARE

 

Rusiyanın “Ruslayn” aviaşirkəti Azərbaycana uçuşlar yerinə yetirməkdən imtina edib.

Bununla bağlı müvafiq qərar iyunun 1-də qəbul olunub. Paralel olaraq, aviaşirkət Ermənistana, Ukraynaya və Özbəkistana uçmaqdan da imtina edib.

“Ural Hava Yolları” da bəzi MDB və Avropa ölkələrinə, habelə Monqolustan və Çinə uçmaq niyyətində deyil.

 Ümumilikdə iyunun 1-dən Rusiyanın bəzi aviaşirkətləri 113 ölkəyə uçuşları dayandırıb.

Ekspertlər hesab edir ki, qərarın qəbul olunmasına səbəb qeyd edilən istiqamətlərə tələbatın az olmasıdır.

(APA)