Rus nazirin ölümünün DETALLARI məlum oldu   – Suya tullanarkən…

  • By admin
  • 08 Sentyabr 2021 15:27

Rusiya Fövqəladə Hallar Nazirliyinin başçısı Yevgeni Ziniçevin faciəli ölümünün təfərrüatları məlum olub.

Gununsesi.info Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Rossiya seqodnya” və RT-nin baş redaktoru Marqarita Simonyan danışıb.

“O və operator çıxışın lap kənarında dayanmışdılar. Operator sürüşərək suya düşdü. Kifayət qədər şahid var idi – heç kim nə baş verdiyini anlamağa belə macal tapmadı, çünki Ziniçev dərhal suya tullandı və bu zaman çıxıntılı daşa çırpıldı. O, xilaskar kimi həlak oldu”, – deyə M.Simonyan Telegram-kanalında yazıb.

M.Simonyan nazirin xilas etməyə çalışdığı operatorun da həlak olduğunu bildirib.

Gununsesi.info