Rusiya əhalisinin 3/2-si ölkəyə əmək miqrantı axının dayandırılmasını tələb edir

  • By admin
  • 29 Aprel 2017 10:36
miqrant
Rusiya əhalisinin 67 faizi  hakimiyyətdən ölkəyə gələn əmək miqrantlarının qarşısının alınması istiqamətində ciddi tədbirlər görməsini tələb edir.
Gununsesi.info rus mediasına istinadən xəbər verir ki,  Rusiyada ictimai rəyi öyrənməklə məşğul olan Levada  mərkəzi ölkə əhalisinin MDB məkanından gələn miqrantlarla bağlı mövqeyini öyrənib.
Rusiya əhalisinin ancaq  10 faizi Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Gürcüstan və Ermənistandan gələn əmək miqrantlarına yaxşı münasibət bəsləyib.
51 faizi neytral və dözümlü yanaşıb, 34 faizi isə mənfi münasibət bildirib.
10 faizi isə cavab verməkdə çətinlik çəkib.
Orta Asiyadan gələn miqrantlarla  gəldikdə isə bunlara münasibət Cənubi Qafqazdan olan miqrantlardan fərqli olaraq  müəyyən qədər mənfidir.
Düzdür,  Rusların 10 faizi Orta Asiyadan gələn miqrantlara müsbət bəsləsə də, 48 faizi neytral, 38 faizi isə mənfi  münasibət  bəsləyir.
5 faiz isə cavab verməkdə çətinlik çəkir.
Rusların daha çox Ukrayna və Belarusdan olan miqrantlara müsbət reaksiya verməsi bəlli olub.
Belə ki, sorğuda iştirak edənlərin 52-57 faizi Ukrayna və Belarusdan olan mirantlara müsbət və neytral yanaşır, 13-19 faizi isə mənfi yanaşır.
Sorğuda iştirak edənlərin 67 faizi əmək miqrantlarının əleyhinə çıxış etsə də, 19 faizi miqrant axının tərəfdarı olub. 13 faiz isə cavab verməkdə çətinlik çəkib.
 Sorğuda iştirak edənlərin 32 faizi, Rusiyaya gələn miqrantların savadslılıq səviyyəsinin aşağı olduğu və qeyri-peşəkar, yəni,  hər hansı peşə sahibi olmadığı  qənaətindədirlər.
28 faizi sorğu iştirakçısı miqrantların səfil olması, 26 faizi isə əksinə miqrantların əməksevər, çox işləməyə hazır olması, 25 faizi isə öz ailələrinin daha yaxşı yaşaması üçün əziyyət çəkən insanlar olduğu qənaətindədirlər.
Mürtəza
Gununsesi.info