Rusiya AŞ PA-dakı məğlubiyyəti ilə barışmaq istəmir - ASSAMBLEYADAKI KREML TƏRƏFDARLARI YENİ QRUP YARADIR

  • By admin
  • 30 İyun 2017 10:07

aspaa

Avropa Şurası Parlament Assambleyasında Rusiyameylli qrup yaradılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə Facebook səhifəsində ukraynalı deputat, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko yazıb.

“AŞPA-da Rusiyameylli qrup yaradılıb. Prezident – İtaliyadan olan Adele Qambaro, katib Fransa parlamentinin artıq keçmiş deputatı olan Tyeri Maryanidir. Bu, nümayəndə heyətini işğal edilmiş Krıma aparan Maryanidir”, – deyə Qonçarenko yazıb.

Bir qədər əvvəl o bildirib ki, AŞPA-da Pedro Aqramuntun iflasından sonar Kreml qurumun dağıdılmasının alternative ssenarisini işə salıb. Onun sözlərinə görə, Rusiya AŞPA-da yeni “siyasi” qrup yaratmağa çalışır.

Assambleyanın reqlamentinə görə, azı 6 ölkədən olan 20 nümayəndə öz qruplarını yarada bilər. Məlumata görə, qrupa Türkiyə, Azərbaycan, Macarıstan, Monako, İtaliya və İspaniyadan deputatları toplayırlar. Aydın məsələdir ki, Pedro Aqramunt da orda olacaq”, – deyə ukraynalı deputat qeyd edib.

Gununsesi.info