Rusiya “Avroviziya”dan kənarlaşdırıldı

  • By admin
  • 25 Fevral 2022 21:10

Rusiyanın builki “Eurovision” mahnı müsabiqəsində iştirakı dayandırılıb.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə müsabiqənin təşkilat komitəsi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın bu yarışmada iştirakı müsabiqəni nüfuzdan sala bilər.

Qeyd edək ki, 66-cı Eurovision mahnı müsabiqəsi İtaliyanın Torino şəhərində keçiriləcək.

 

 

Gununsesi.info