Rusiya Azərbaycanda gömrük orqanı yaratmaq istədi

  • By admin
  • 11 Mart 2023 20:31

Rusiya Federal Gömrük Xidməti Azərbaycan ərazisində xüsusi gömrük orqanının yaradılması ilə bağlı təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin yaydığı açıqlamada bildirilib.

Rusiya bu xüsusi gömrük orqanının “Xudat” qovşağı layihəsi çərçivəsində yaradılmasını nəzərdə tutub.

Azərbaycan hökumətindəki mənbələrdən Haqqın.az-a verilən məlumata görə, Bakı Rusiya tərəfinin bu təklifini öyrəndikdən sonra öz ərazisində belə orqanın yaradılmasını məqsədəuyğun saymayıb və bundan imtina edib.

Gununsesi.info