Rusiya ballistik raketi sınaqdan keçirdi

  • By admin
  • 12 Sentyabr 2017 20:57

raket
Rusiya Raket Qoşunları RS-24 Yars tipli qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Sınağın Arxangelsk vilayətindəki Plesetsk kosmik bazasından havaya buraxıldığı bildirilib.

Kamaçatka yarımadasındakı Kura hərbi-təlim mərkəzində hədəflərin müvəffəqiyyətlə vurulduğu deyilib.

Sınaqda əsas məqsəd sözügedən silahların etibarlılığını müəyyən etmək olduğu vurğulanıb.

 

Gununsesi.info