Rusiya banklarından yeni sistem

  • By admin
  • 25 İyul 2017 19:54

bank_russiya (2)
Rusiya bankları müştərilərin identifikasiyasını smartfonlardan çəkilən “selfie” ilə həyata keçirməyi planlaşdırır. “Sberbank” “VTB 24”, “SMP-bank” və “Rosbank” artıq bu barədə planlarını açıqlayıb. Həmçinin “Binbank”, “Sitibank” və “Ak-Barse” də belə bir mexanizmin tətbiqinin mümkünlüyünü istisna etmir.

Report bu barədə Rsuiya mətbuatına istinadən xəbər verir.

Maliyyə qurumlarından bildirilib ki, bu identifikasiya üsulu istənilən əməliyyat zamanı vətəndaşın şəxsiyyətini müəyyənləşdirməyə və məlumatların yoxlanılması vaxtına 0,5 saniyə qənaət etməyə imkan verəcək.
Yeni texnogiyanın 2017-ci ilin iyulun sonunda sınaqdan keçiriləcək Milli Biometrik Platformanın buraxılışından sonra tətbiqi gözlənilir.

Gununsesi.info