Rusiya baş naziri Yerevana gəlir

  • By admin
  • 06 Oktyabr 2020 10:56

Yerevanda Avrasiya İqtisadi Birliyinin hökumət rəhbərlərinin iclası baş tutacaq.

Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Rusiya baş naziri Mixail Mişustin iclasda iştirak etmək üçün oktyabrın 8-i axşam Yerevana səfər edəcək.

Bu barədə məlumatı Ermənistanın səhiyyə naziri Arsen Torosyan verib. Onun sözlərinə görə, digər üzv ölkələrin baş nazirlərinin də iclasa gəlməsi gözlənilir.

 

Gununsesi.info