Rusiya baş nazirinin müavini Bakıya gələcək

  • By admin
  • 01 Noyabr 2016 21:59

img2234174

 

Rusiya baş nazirinin müavini Dmitri Roqozin dekabr ayında Bakıya səfər edəcək. 

Trend-in məlumatına görə, D.Roqozin Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının iclasında iştirak edəcək.

Dekabrın əvvəllərində keçiriləcək Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində baş tutacaq işçi şurasında Rusiyanın bir sıra şirkətlərinin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, hökumətlərarası komissiyanın sonuncu iclası ötən il oktyabrın 9-da keçirilmişdi.

 

 

Gununsesi.info