Rusiya Belarusa qoşun göndərir

  • By admin
  • 14 Oktyabr 2022 20:22

Rusiya Federasiyasının regional qrupunun qoşunları yaxın günlərdə Belarusa gələcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin tədqiqatlar üzrə müavini Viktor Tumar bildirib.

Onun sözlərinə görə, onlarla planlı döyüş hazırlığı tədbirləri həyata keçiriləcək.

Timar qeyd edib ki, Belarus və Rusiya bir qrup qoşun formalaşdıracaq ki, bunun da əsasını sülh dövründə Belarus ordusu və ayrı-ayrı rus hərbi birləşmələri təşkil edəcək.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik məsələləri ilə bağlı iclasda Rusiya ilə birgə regional qoşunlar qrupunun yaradılmasını elan edib.

Gununsesi.info