Rusiya BU HALDA nüvə silahından istifadə edəcək - Peskov AÇIQLADI

  • By admin
  • 29 Mart 2022 09:33

Rusiya Ukraynada heç bir halda orada nüvə silahından istifadə etmək fikrində deyil.

Gununsesi.info xəbər verir ki, bunu “PBS” televiziya kanalında müsahibəsində Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Heç kim nüvə silahının istifadəsini, hətta onlardan istifadə etmək fikrini də düşünmür”, – deyə o vurğulayıb.

Rusiyanın nüvə doktrinasından danışan D.Peskov xatırladıb ki, Rusiya nüvə silahından yalnız mövcudluğuna yaranan təhlükəni aradan qaldırmaq lazımdırsa istifadə edə bilər və istifadə edəcək.

Gununsesi.info