Rusiya bütün qaydaları amansızlıqla pozub -Polşa Prezidenti

  • By admin
  • 01 Dekabr 2022 14:46

“Sərhədlərin zorla dəyişdirilməsini təsdiq edəcək heç bir razılaşmanı qəbul edə bilmərik. İstənilən sülh danışıqları Ukrayna rəsmilərinin razılığı ilə aparılmalıdır”.

Gununsesi.info Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Polşa prezidenti Anjey Duda ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu sessiyasında çıxışı zamanı bildirib.

Ukraynada mülki şəxslərin planlı şəkildə öldürüldüyünü iddia edən Duda buna göz yummayacaqlarını vurğulayıb.

Bundan əlavə, Anjey Duda Rusiyanın Moldovanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı daxili təhlükəsizliyi təhdid edən hərəkətlərinin olduğuna diqqət çəkərək, təəssüf ki, ATƏT-in siyasi və hərbi imkanları yetərli deyil deyə bildirib.

Polşa Prezidenti deyib ki, Rusiya bütün qaydaları amansızlıqla pozub, apardığı siyasətdə uzlaşma əldə edilməsi mümkün olmayan və sözünə inanılmayan dövlətdir.

Gununsesi.info