Rusiya demokratları Avropada Putinə sanksiyaları müzakirə edib - SANKSİLAR XALQA YOX, MƏMURLARA TƏTBİQ EDİLMƏLİDİR

  • By admin
  • 20 Noyabr 2016 14:59

rusiya

Onlar Qərbin sanksiyalarını doğru hesab etmirlər; “Sanksiya dövlətə və xalqa deyil, ayrı-ayrı adamlara tətbiq olunmalıdır”

Avropa parlamentində Rusiyanın demokratik qüvvələrinin iştirakı ilə  “Boris Nemtsov Forumu” keçirilib.  Musavat.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə,  forumda Rusiya və Avropa Birliyi arasında dialoqun yenidən təşkili, Qərbin tətbiq etdiyi sanksiyaların Rusiyada göstərdiyi təsirlər və Rusiyanın dövlət təbliğatına qarşı görüləcək tədbirlər müzakirə olunub.
“Açıq Rusiya” təşkilatı və “Boris Nemtsov Fondu tərəfindən təşkil olunan forumda həm Rusiyanın, həm də Avropanın siyasətçiləri, ictimai xadimləri və ekspertləri iştirak ediblər.
Forum  iştirakçılarının gəldiyi yekdil qənaətə əsasən, sanksiyaların hədəfi Rusiya dövləti və onun xalqı deyil,  ayrı-ayrı məmurları olmalıdır.
Shultzz
Avropa parlamentinin rəhbəri Martin Şults forumun plenar iclasında Rusiya və Avropa Birliyinin “çətin dövr” dən keçdiyini, bunun Ukrayna münaqişəsindən sonra baş verdiyini söyləyib.
Martin Şultsun qeyd etdiyinə görə, Rusiyanın Minsk razaılaşmalarında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi Avropa və Rusiya Federasiyası arasında böyük gərginlik yaradır.
Avropa strukturlarında Rusiya ilə bilikdə çalışmaq istədikərini qeyd edən Şults bunun üçün “ümumi hüquqi mexanizminin təmin olunmasının zəruri olduğunu” vurğulayıb.
 Cənab Şults Rusiya Federasiyası hakmiyyətinin beynəlxalq arenada davranışı ilə bağlı neqativ örnəklərindən biri kimi onun BMT Təhlükəsizlik Şurasının vacib sənədlərinin qəbulunda veto haqqından istifadə etməsini göstərib.
Şultsun fikrincə, Rusiya bununla beynəlxalq strukturu və dünyadakı sabitliyi pozur.
Avropa Parlamentinin Rusiya Dövlət Duması ilə münasibətlərinin dondurulduğunu xatırladan Şults sanksiyalara rəğmən görüş kanallarının qalmasının vacibliyini söyləyib.
“Boris Nemtsov Forumu bu yöndə atılan ilk addımdır”, – o deyib.
“Açıq Rusiya” təşkilatının lideri Mixail Xodorkovski Avropa və Rusiyanın vətəndaş cəmiyyəti arasında dialoq körpüsünü qurmağa hazır olduğunu bildirib.
Mixail Xodorkovskinin dediyinə görə, “konfransın əsas yekunu həm Rusiyanın vətəndaş cəmiyyətinin, həm də Avropanın ictimai-siyasi qruplarının məhz Kreml xaricində əlaqə qurmaqda maraqlı olmalarından ibarətdir.
Konfransda Avropa Birliyi və ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar dörd müxtəlif sessiya və ümumi iclaslarda geniş müzakirə olunub.
Burada Rusiyanın müxtəlif siyasi partiyalarından və ictimai-siyasi təşkilatlarından nümayəndələr çıxış edərək fikir mübadiləsi aparıblar.
“Yabloko” partiyasından Pskov vilayətinin qanunverici orqanının deputatı Lev Şlosberqin dediyinə görə,  Putin iqtidarı əlində olan medianın köməyi ilə ölkəni “mühasirəyə alınımış qala kimi” təsvir edərək,  sanksiyalardan cəmiyyəti hakimiyyət ətrafında birləşdirmək üçün istifadə edir.
Картинки по запросу лев шлосберг
Lev Şlosberq
“Bu səbəbdən sanksiyaların Avropanın gözlədiyi kimi siyasi effekti yoxdur”, – o, qeyd edib.
Naşir İrina Proxorovanın sözlərinə görə, “əgər Rusiya televiziyalarına baxan vətəndaşlara sanksiyaların sadə insanlara qarşı yönəlmədiyini izah etsəniz onlar olduqca təəccüblənərlər”.
İrina Proxorova
“Demokratiya uğrunda Avropa fondu” nun icraçı direktoru Yeji Pomyanovski Rusiya dövlət təbliğatının ölkə vətəndaşlarına Avropanı “Rusiyanı məhv etmək istəyən qüvvə” olaraq təqdim etdiyini qeyd edib.
“Heç bir partnyorluqdan söhbət gedə bilməz və münasibətlərin bərpası böyük zaman və səy tələb edəcək”, – o  əlavə edib.
“Chatham House” təşkilatından Con Lou Rusiya Federasiyası və Avropa Birliyinin partnyor olmadığını bildirib. Onun fikrincə, Putin və Lavrovun “bizim Qərb partnyorlarımız” kimi ifadəsi tamamilə qəbuledilməzdir.
Forum iştirakçıları Rusiya məmurlarına qarşı şəxsi sanksiyaların artırılmasının vacibliyini vurğulayıblar.
“Açıq Rusiya” təşkilatının federal koordinatoru Vladimir Kara-Murza (kiçik-red.) vaxtilə Boris Nemtsovun sanksiyalarla bağlı işlətdiyi ifadəni (“Ölkəyə dəyməmək, əclafları isə cəzalandırmaq”) xatırladıb.
Картинки по запросу владимир кара-мурза-младший 
Vladimir kara-Murza (kiçik)
“Biz Kremlin qarşısında durmaq deyəndə şəxsi sanksiyaların genişləndirilməsini nəzərdə tuturuq”, – PARNAS partiyasının sədr müavini İlya Yaşin bildirib.
Mxail Xodorkovski  də öz növbəsində Rusiyaya qarşı sanksiyaların qəti əleyhdarı olduğunu qeyd edərək xarici hökumətlərə Rusiya məmurlarına qarşı personal sanksiyalar  tətbiq etməsi məsələsinə qarşımadığını söyləyib.
Forum iştirakçıları Avropa və Rusiya Federasiyası arasında dialoqun qurulması ilə müxtəlif təkliflər səsləndiriblər.