Rusiya Dnepr çayının sahilindən GERİ ÇƏKİLİR

  • By admin
  • 09 Noyabr 2022 19:43

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynanın cənubunda yerləşən Xerson şəhərinə həyata keçirilən əks-hücumlar qarşısında qoşunlarına Dnepr çayının qərb sahilindən geri çəkilməyi əmr edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynadakı Rusiya qoşunlarına rəhbərlik edən komandir Sergey Surovikin məlumat verib.

O bildirib ki, Xerson şəhərini təchiz etmək artıq mümkün deyil.

“Biz əsgərlərimizin həyatını və bölmələrimizin döyüş qabiliyyətini xilas edəcəyik. Onları sağ (qərb) sahildə saxlamaq məqsədəuyğun deyil. Vəziyyəti hərtərəfli qiymətləndirərək, Dnepr çayının sol sahilində müdafiəyə çəkilməyi təklif edirəm. Qoşunların bəzilərindən başqa cəbhələrdə də istifadə oluna bilər”, – Surovikin qeyd edib.

Gununsesi.info