Rusiya Donbasda yeni korpus yaradır – DENİSOVA

  • By admin
  • 18 Aprel 2022 19:49

Rusiya Donetsk və Luqansk vilayətlərində uşaqların hərbiləşdirilməsini həyata keçirir.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Ombudsmanı Lüdmila Denisova bildirib.

“Artıq məlumdur ki, Starobelsk şəhərində – Luqansk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində 400 yerlik ən böyük kazak kadet korpusunun açılması planlaşdırılır. Bu qərar martın sonunda Luqanskda “lpr”nin təhsil sistemində kazak komponentinin dəstəklənməsi və inkişafı üçün geniş tərkibdə keçirilən iclas zamanı qəbul edilib.

Eyni zamanda, təcavüzkar ölkə Severodonetsk və Lisiçanskda da analoji kadet korpusları açmağı planlaşdırır”, – Denisova qeyd edib.

Gununsesi.info