Rusiya gəmiləri Suriyadakı bazasını tərk etdi

  • By admin
  • 12 Aprel 2018 15:24

ABŞ Suriyaya gözlənilən hərbi zərbələrindən ehtiyatlanan Rusiya, Suriyanın Tartus limanındakı hərbi bazalarındakı hərbi gəmilərin daimi dislokasiya yerini dəyişib.

Gununsesi.info Gazeta.ru-ya istinadən xəbər verir ki, “İmageSat International” (iSi) şirkəti sputnikdən çəkilmiş fotoları sosialşəbəkələrdə yerləşdirib.

Çəkilən fotoların birində 9 gəminin adları ilə harada yerləşdiyi göstərilib. Bundan əlavə iki sualtı qayıq da həmim limandadır. Lakin aprelin 11-də çəkilən fotoda ancaq bir sualtı gəmi görünür. Digər hərbi gəmilər və bir sulatı gəmi Tartusu tərk edib. Gəmilərin Tartusu tərk edilməsi ABŞ-ın bu ölkəyə hərbi zərbələr endirilməsi ilə izah olunur. Rusiya Müdafiə nazirliyi məsələ ilə bağlı hələlik açıqlama vermir.

Gununsesi.info