Rusiya hava məkanını bağlayır

  • By admin
  • 26 Mart 2020 11:03

Rusiya xarici ölkələrlə hava əlaqəsini dayandırır.

Gununsesi.org Mk.ru-ya istinadən xəbər verir ki, Rusiya hökuməti bu barədə Federal Hava Nəqliyyat Agentliyinə göstəriş verib.

Bildirilir ki, martın 27-dən etibarən Rusiyanın xarici ölkələrin hava limanlarına müntəzəm və çarter uçuşları tamamilə dayandırılır.

Yalnız Rusiya vətəndaşlarının ölkələrinə qayıtması üçün uçuşlara icazə veriləcək.

Gununsesi.org