“Rusiya heç zaman ABŞ-ın dostu olmayacaq”

  • By admin
  • 06 Aprel 2018 13:00

ABŞ-ın BMT-ki daimi nümayəndəsi Nikki Heyli bəyan edib ki, Rusiya heç vaxt ABŞ-ın dostu olamayacaq.

 Gununsesi.info rosbalta istinadən xəbər verir ki, Nikki Heyli bunu  Şimali Karolinada Dyuka Universitetində çıxışı zamanı bildirib.

“Bu gün ölkəmizdə belə bir sual gündəmə gəlib ki, Rusiya bizim dostumuzdur ya yox. Sözün doğrusu, bu düzgün sual deyil. Ona görə ki, Rusiya heç vaxt dostumuz olmayacaq”- deyə, N. Heyli bildirib.

Bununla belə diplomat əlavə edib ki,  nə zaman tələb zərurət olarsa, o zaman ABŞ Rusiya ilə əməkdaşlığa hazırdır: “Nə vaxt lazmıdırsa, Vaşinqton Rusiyaya zərbə endirir və bu, belə də olmalıdır”.

Gununsesi.info