Rusiya ilə Misir arasında birbaşa hava əlaqəsi bərpa edilib

  • Müəllif: admin
  • 12 Aprel 2018 08:38

Rusiya Misirlə birbaşa hava əlaqəsini bərpa edib.

Gununsesi.info xəbər verir ki, 2,5 il fasilədən sonra ilk təyyarə Moskvanın “Şeremetyevo” hava limanından Qahirəyə uçub.

SU400 reysini yerinə yetirən təyyarə Moskva vaxtı ilə 21:05-də havaya qalxıb. İlk reyslə Misirin paytaxtına 120-ə yaxın sərnişin uçub.

İki ölkə arasında hava əlaqəsi 2015-ci ilin payızında “Koqalımavia” aviaşirkətinin təyyarəsinin Sinay yarımadasının üstündə qəzaya uğramasından sonra kəsilmişdir.

Gununsesi.info