Rusiya İŞİD-lə mübarizə koalisiyasının görüşündə iştirak etməyəcək

  • Müəllif: admin
  • 10 Mart 2017 07:12

dovlet departamenti

Rusiya ABŞ-ın rəhbərlik etdiyi İŞİD-lə mübarizə üzrə koalisiyasının 68 ölkəsinin nazirlər səviyyəsində keçiriləcək görüşündə iştirak etməyəcək.

Gununsesi.info-nun APA-ya istinadən verdiyi xəbərə görə, bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi v.m.i.e. Mark Toner deyib.

“Rusiya koalisiyanın üzvü olmadığı üçün görüşdə iştirak etməyəcək”, – deyə Toner bildirib.

Qeyd edək ki, İŞİD-lə mübarizə üzrə koalisiyasının 68 ölkəsinin nazirlər səviyyəsində görüşü 22-23 mart tarixlərində Vaşinqtonda  keçiriləcək.

Görüşə ABŞ dövlət katibi Reks Tillerson sədrlik edəcək.

Gununsesi.info