Rusiya İstintaq Komitəsi Nepaldakı təyyarə qəzası ilə bağlı cinayət işi açıb

  • By admin
  • 16 Yanvar 2023 19:41

Rusiya İstintaq Komitəsi Nepalda Rusiya Federasiyasının 4 vətəndaşının ölümü ilə nəticələnən təyyarə qəzası faktı ilə bağlı cinayət işi açıb.

Gununsesi.info xəbər verir ki, bu barədə idarənin teleqram kanalında məlumat verilib.

Qeyd edək ki, yanvarın 15-i səhər saatlarında Yeti Hava Yollarına məxsus “ATR 72” təyyarəsi Nepalın Poxara şəhərindən paytaxt Katmanduya daxili reys həyata keçirib. Təyyarə Kaski şəhərinin Poxara rayonunda qəzaya uğrayıb. Təyyarədə olan 72 nəfərin 68-nin (4 Rusiya vətəndaşı) öldüyü bildirilir.

Nepal hakimiyyəti qəzaya uğrayan “ATR 72” təyyarəsinin göyərtəsində olan sərnişinlərin siyahısını dərc edib, o cümlədən dörd Rusiya vətəndaşının: Yelena Banduro, Viktoriya Altunina, Yuri Lıqin və Viktor Lıqin.

Gununsesi.info