Rusiya Kuril adalarına müdafiə sistemi yerləşdirdi - FOTO

  • By admin
  • 22 Noyabr 2016 17:36

silh

Rusiya mübahisəli Kuril adalarına “Yaxont” gəmi əleyhinə raketlə təchiz olunmuş “Bastion” və “Bal-E” tipli sahil müdafiə kompleksi yerləşdirib.

Gununsesi.info-nun “Akşam” qəzetinə istinadən xəbər verir ki, bu haqda Rusiya Sakit okean donanmasının “Döyüş növbətçiliyi” (Boyevaya vaxta) qəzeti yazıb.

Məlumata görə, “Bastion” kompleksi divizionu gücləndirilmiş batareyalarla İturup adasında döyüş növbətçiliyi çəkəcək. “Bal” kompleksi divizionu da Kunaşir adasına yerləşdirilib.

Rus ordusunun arsinalında olan “Bastion” və “Bal-E” tipli raket sistemləri sahil müdafiə məqsədlidir.

Hər 2,5 saniyədən bir raket buraxmaq qabiliyyətinə malik “Bastion” kompleksi 600 km uzunluğu olan sahili mühafizə etmək gücündədir. “Bal” kompleksinin isə 120 və 260 kilometr mənzilə sahib iki fərqli raket var.

Xatırladaq ki, ikinci dünya müharibəsindən sonra Kuril adaları SSRİ-nin tərkibinə keçib. Yaponiya “şimal əraziləri” kimi adlandırdığı bu ərazinin ona qaytarılmasını tələb edir. Bu səbəblə Yaponiya ilə SSRİ və daha sonra Rusiya Federasiyası arasında ikinci dünya mühabirəsinin bitdiyinə dair sülh müqaviləsi hələ də imzalanamayıb.
Anar
Gununsesi.info