Rusiya miqrantlara tətbiq olunan vergiləri əhəmiyyətli dərəcədə artıracaq

  • By Admin2
  • 10 İyun 2026 15:07

Dövlət Duması əcnəbilər üçün vergi rüsumlarının artırılmasını, o cümlədən Rusiya vətəndaşlığı üçün 12 dəfə artırılmasını nəzərdə tutan qanun layihəsini ikinci və üçüncü oxunuşlarda qəbul edib.

Gununsesi.info-nun xəbərinə görə, qanun layihəsi vətəndaşlıq üçün müraciət edən əcnəbilər üçün rüsumların 4200-dən 50.000 rubla, müvəqqəti yaşayış icazəsi üçün 1920-dən 15.000 rubla, yaşayış icazəsi üçün isə 6000-dən 30.000 rubla qədər artırılmasını nəzərdə tutur.

Miqrant işçilər üçün iş icazələrinin verilməsi üçün rüsum hər xarici mütəxəssis üçün 15.000 rubla qədər artırılacaq.

Dövlət Dumasının hesablamalarına görə, bu, büdcəyə ildə əlavə 15 milyard rubl gətirəcək.

Maqsud

Gununsesi.info