Rusiya Moldovanı zülmətə qərq etdi, səfir XİN-ə ÇAĞIRILDI

  • By admin
  • 23 Noyabr 2022 20:19

Moldova Xarici İşlər Nazirliyi Rusiya səfiri Oleq Vasnetsovu ölkədə elektrik enerjisinin kütləvi kəsilməsi ilə bağlı izahat vermək üçün çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə departamentin rəhbəri Niki Popesku “Twitter”də bildirib.

Onun sözlərinə görə, Ukraynada enerji obyektlərinin atəşə tutulması nəticəsində elektrik enerjisi kəsilə bilər.

“Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumları Moldovanı növbəti dəfə qaranlıqda qoyub. Kişinyov və Moldova Xarici İşlər Nazirliyinin binası da daxil olmaqla, bütün ölkədə elektrik enerjisi kəsilib. Mən izahat almaq üçün Rusiya səfirinə zəng etməyi tapşırdım”, – deyə Popesku bildirib.

Öz növbəsində Moldova prezidenti Maia Sandu da Moskvanı ölkədə elektrik enerjisini kəsməkdə ittiham edib. Onun sözlərinə görə, “Rusiya Moldovanı qaranlıqda qoyub”.

Yerli KİV-in məlumatına görə, Kişinyovda elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforlar fəaliyyətini dayandırıb. Bu səbəbdən yollarda böyük tıxaclar yaranıb.

Bundan əvvəl Moldovanın baş nazirinin müavini Andrey Spinu bildirib ki, Moldovada elektrik enerjisində fasilələr müşahidə olunur.

Gununsesi.info