Rusiya MSK:Saat 12.00-a seçici fəallığı 34,72 faiz olub - FOTO

Rusiya MSK:


Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ölkə üzrə seçicilərin fəallığını açıqlayıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya MSK sədrinin müavini Nikolay Bulayev bildirib ki, saat 12:00-a olan məlumata əsasən ölkə üzrə seçici fəallığı 34,72 faiz olub.

Hazırda seçki prosesi 88397 seçki məntəqəsində davam edir, 8630 seçki məntəqəsi isə artıq bağlanıb.

Ümumilikdə Rusiyada seçkilərdə səsvermə prosesi 22 saat davam edəcək. Seçki məntəqələri yerli vaxtla saat 8-də açılıb, 20:00-da bağlanacaq. İlk olaraq Kamçatka, son olaraq Kalininqrad əhalisi səs verir.

Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd – Kommunist Partiyasının namizədi Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, “Vətəndaş təşəbbüsü” Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, “Rusiya Kommunistləri” Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və “Yabloko” Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar.

Gununsesi.info

COMMENTS