
Fevralın 1-də NATO Ukrayna ilə birgə Qara dənizdə “Dəniz qalxanı-2017” hərbi təlimlərinə başlayıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu belə deyib.
S. Şoyqu bildirib ki, Qara dənizdə xeyli sayda hərbi gəmi var: “Hazırda hərbi gəmilərin Qara dənizə daxil olması prosesi davam edir. Biz orada baş verən bütün prosesləri yaxından izləyirik. Məhz, orada baş verənləri görür və nəzarət edirik. Hərbi təlimlərin Rusiyanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaranacağı təqdirdə cavab addımları atılacaq” – deyə, o, bildirib.
Qeyd edək ki, hərbi dəniz təlimlərində, Türkiyə, ABŞ, Bolqarıstan, Rumıniya, Yunanıstan, Kanada, İspaniya və Ukraynadan olan 2 min 800 nəfər hərbçi iştirak edir. Hərbi təlimlər Qara dənizdəki 80 min kavadrat kilometrlik ərazini əhatə edir. Birgə təlimlərə, həmçinin, 16 hərbi gəmi, 10 qırıcı-bombardmançı təyyarə də cəlb olunub.
Təlimlər zamanı düşmənin yeraltı və yerüstü hədəflərinin məhv edilməsi və onlardan gələ biləcək təhlükələrin aradan qaldırılması taktikası da sınaqdan çıxarılacaq.
Anar
Gununsesi.info












