Rusiya ordusu bundan sonra 49 il Suriyada qalacaq

  • Müəllif: admin
  • 21 Dekabr 2017 12:46

Rusiya Dövlət Duması Suriyanın Tartus limanındakı Hərbi-Dəniz Donanmasının genişləndirilməsi ilə bağlı imzalanan sazişi ratifikasiya etdi.

Gununsesi.info tass-a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi ötən həftə Rusiya prezidenti Vladimir Putin tərəfindən Dövlət Dumasına daxil olub.

Sazişdə Rusiya ordusunun bundan sonra 49 il müddətində Suriya ərzisində olacağı, hərbi bazanın əsas məqsədini müdafiə xarakterli olduğu və hər hansı dövlətə qarşı yönəlmədiyi qeyd olunub.

Sazişə əsasən Tartusda 11 rus hərbi gəmisi yerləşə bilər. Bura nüvə energetika qurğusu da daxildir. Sənəddə rus hərbi bazasının müddətinin avtomatik olaraq daha 25 il müddətinə uzadılması da öz əksini tapıb.

Gununsesi.info