Rusiya ordusu Ukraynanın peyk şəhərini ələ keçirdi

  • By admin
  • 27 Mart 2022 09:04

Rusiya ordusu Kiyev vilayətindəki Çernobıl Atom Elektrik Stansiyasının Slavutiç peyk şəhərini ələ keçirib.

Gununsesi.info UNIAN-a istinadla xəbər verir ki, bu barədə şəhərin meri Yuri Fomiçev məlumat verib.

Onun sözlərinə görə, şəhər rus qoşunları tərəfindən işğal olunub:

“Şəhər əhalisi Ukrayna bayraqları, Slavutiçin Ukraynadır şüarları ilə küçələrə çıxıb. Başqasına ehtiyacımız yoxdur, çünki bura bizim torpağımızdır. Və bu gün Slavutiç Ukraynanın bayraqları altında, Ukrayna hakimiyyətinin, Ukrayna Konstitusiyasının, öz etik kodeksinin olduğu bir Ukrayna şəhəri olaraq qalır”.

O, ölən 3 sakinlə bağlı məlumatı da təsdiqləyib.

“İndi üç ölüm faktı təsdiqlənib. Onların hamısını hələ öyrənməmişik”.

Gununsesi.info