Rus ordusu Dnepropetrovsk vilayətində Maliyevka yaxınlığında irəliləyərək Voskresenka kəndini işğal edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Deep State” analitik platforması məlumat yayıb.
Məlumata görə, Rusiya ordusu həmçinin Xarkov vilayətinin şimalında, Rusiya ilə sərhəd yaxınlığında da mövqelərini genişləndirib.
Hazırda döyüşlər bu istiqamətlərdə davam edir.












