Rusiya sərhədə tərəzi qoydu – Bakıda pomidor 3 dəfə ucuzlaşdı

  • By admin
  • 19 May 2017 20:45

 pomidor

 

Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan keçib bu ölkəyə gedən ağırtonnajlı yük avtmobilləri üçün daşınan yüklərin çəkisinə nəzarət gücləndirilib. İlk baxışdan qəribə də olsa bunun nəticəsində Bakı bazarlarında pomidorun qiyməti qəfildən kəskin aşağı düşüb.

Virtualaz.org xəbər verir ki, Rusiya-Azərbaycan sərhədində Azərbaycandan keçib gedən TIR-lar üçün çəki nəzarətinin tətbiq olunması Dağıstanda bir aydan çox tətil edən TIR sürücülərinin hökumətin qarşısında qoyduğu tələblərdən biri idi. Dağıstanlı TIR sürücüləri əslində “Platon sistemi”inə etiraz olaraq tətilə başlamışdılar və bu aksiya nəticəsində Azərbaycandan Rusiyaya (o cümlədən geriyə) yükdaşımalar həftələr boyu faktiki dayanmışdı. Çünki dağıstanlı sürücülər Azərbaycandan olan TIR sürücülərinin də aksiyaya qoşulmasını tələb edirdi.

 

Gununsesi.info