Rusiya Səudiyyə Ərəbistanına 3 milyard dollarlıq silah satacaq

  • Müəllif: admin
  • 05 Oktyabr 2017 12:12

podpisanie_140917

Rusiya Səudiyyə Ərəbistanı kralı Salman Ben Abdel Əizi Əl Saudun ölkəyə səfəri zamanı hərbi-texniki əməkdaşlıq sahəsində imzalanması üçün nəzərdə tutulan 3 milyard dollardan artıq dəyərdə müqavilə hazırlayıb.

Gununsesi.info trend-ə istinadən xəbər verir ki, bu barədə “Kommersant” qəzeti xəbər yayıb.

Qəzet qeyd edir ki, bu sənədlər paketinə bir neçə C-400 zenit-raket sistemlərinin tədarükü də daxildir.

Qeyd edək ki, Səudiyyə kralı bu gün Moskvaya rəsmi səfərə gələcək.

Səfər çərçivəsində yüksək səviyyəli görüşlər və ikitərəfli münasibətlərin inkişaf prespektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Gununsesi.info