Rusiya Türkiyəyə Hava-Hücumundan Müdafiə sistemi göndərə bilər.
Gununsesi.info xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Türkiyəyə Hava-Hücumundan Müdafiə sistemini göndərmək məsələsinə baxa bilər: “ İstabulda Putinlə Ərdoğan arasında keçirilən görüşdə, həqiqətən də, hərbi-texniki sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardılar. Ankaranın belə bir istəyi olarsa, o zaman Rusiya Türkiyə tərəfinə Hava-Hücumundan Müdafiə sisteminin göndərilməsi ilə bağlı müxtəlif variantlara baxa bilər”.
D. Peskov onu da əlavə edib ki, bu təmiz kommerisya məsləsi olduğundan həssas əməkdaşlıq sahəsidir.
Gununsesi.info