Rusiya Türkiyə ilə hərbi əməkdaşlıq edəcək

  • By admin
  • 14 Oktyabr 2016 17:24
gorus
Rusiya Türkiyəyə Hava-Hücumundan Müdafiə sistemi göndərə bilər.
Gununsesi.info xəbər verir ki, bu fikri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya Türkiyəyə Hava-Hücumundan Müdafiə sistemini göndərmək məsələsinə baxa bilər: “ İstabulda Putinlə Ərdoğan arasında  keçirilən görüşdə,  həqiqətən də,  hərbi-texniki  sahədə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardılar. Ankaranın  belə bir  istəyi olarsa, o zaman Rusiya  Türkiyə tərəfinə Hava-Hücumundan Müdafiə sisteminin göndərilməsi ilə bağlı müxtəlif variantlara baxa bilər”.
D. Peskov onu da əlavə edib ki, bu təmiz kommerisya məsləsi olduğundan həssas əməkdaşlıq  sahəsidir.
Gununsesi.info