Rusiya Ukrayna ərazisinə 600 raket atıb - Pentaqon

  • By admin
  • 07 Mart 2022 12:46

Müharibə başlayandan bəri Rusiya Ukraynaya 600 raket atıb. Bundan əlavə, ruslar sərhədlərdə toplanan gücün 95 faizini istifadə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNN ABŞ Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisinə istinadən məlumat yayıb.

Pentaqon qeyd edir ki, həm ukraynalılar, həm də ruslar havada döyüş güclərinin böyük əksəriyyətini saxlayırlar, ona görə də heç bir tərəfin səmada üstünlüyü yoxdur.

“Biz inanırıq ki, ölkənin əksər bölgələrində Ukrayna xalqının hələ də rabitə vasitələri, internet və mediaya çıxışı var” – deyə Pentaqon rəsmisi əlavə edib.

Eyni zamanda, rəsmi Odessa yaxınlığında enişlə bağlı məlumatı təsdiqləməyib. Ancaq ABŞ bunu qaçılmaz hesab etmir.

“Pentaqon Xerson və Nikolayevdəki döyüşləri izləyir. Eyni zamanda, rus qoşunları hələ də Kiyev, Xarkov, Çerniqov və Mariupolu mühasirəyə almağa çalışır. Lakin ukraynalıların güclü müqaviməti Rusiyanın hücumunu xeyli ləngitdi. Kiyevin şimalında Rusiya təxminən 64 kilometr yolu əhatə edən nəhəng kolon cəmləyib. Sütun bir neçə gündür praktiki olaraq yerində qalıb. Lakin onun Kiyevdən nə qədər uzaq olduğu məlum deyil. Ötən həftənin sonunda karvanın Kiyevin mərkəzindən təxminən 25 kilometr aralıda olduğu qeyd edilib” – məlumatda deyilir.

Gununsesi.info