Rusiya Ukraynanı iki yerə bölə bilər – Şok iddia

  • By admin
  • 03 Sentyabr 2017 18:29

rus-ordusu343
Rusiyanın öz tanklarını Belarusa yerləşdirməsi, Ukraynanın mərkəzi hissəsi üçün təhdiddir.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Polşa Müdafiə nazirinin eks-müavini general Valdemar Skşipçak söyləyib. Onun sözlərinə görə, Rusiya bunun sayəsində Ukraynanın şimalına asanlıqla müdaxilə edə bilər:

“Rusiyanın Belarusdakı təlimi ilə bağlı narahatlıq səbəbsiz deyil. Rusların zərbəsi Ukraynanı ik yerə bölə bilər. Bu isə Dnestryanıya yeni dəhlizin açılmasına səbəb ola bilər. Moskvanı narahat edən digər məqam Ukrayna ordusunun güclənməsidir”.

 

Gununsesi.info