Rusiya vətəndaşının çantasında soyuq silah tapıldı

  • By admin
  • 02 Mart 2018 11:04

Moskva-Bakı aviareysilə gələn Rusiya vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı ilə yoxlanılıb və monitorda bıçaq təsvirləri görünüb. 

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həmin baqaja təkrar yoxlama aparılıb. Nəticədə, vətəndaşa məxsus çantanın içərisindəki şəxsi əşyaların arasında gömrük nəzarətinə təqdim olunmayan 5 ədəd ov bıçağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info