
Soçidə Suriya münaqişəsinin həlli ilə bağlı təşkil edilən Beynəlxalq Dialoq Konfransında bəzi suriyalı nümayəndələr çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrovun sözünü kəsərək, Moskvanı ittiham ediblər.
Gununsesi.info “habertürk”ə istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrov konfransda Putinun məktubunu oxuyarkən bəzi suriyalı nümayəndə heyəti onun nitqini yarıda kəsiblər. Onlar Rusiyanı Suriyada hava zərbələri endirməklə dinc insanları öldürməkdə ittiham ediblər.
Buna rəğmən, digər suriyalı nümayndə heyəti isə ayağa qalxaraq Rusiyanı dəstəkləyərək, öz təşəkkürlərini bildiriblər. Onlar Əsəd rejiminin bayrağı altında konfransa qatılmayacaqlarını bəyan edərək geri dönüblər. Suriya müxalifətinin 90 nəfərlik nümyəndə heyəti onları bu toplantıda Türkiyəni təmsil etməsini xahiş ediblər.
Məsələ ilə bağlı Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu Rusiya XİN başçısı Sergey Lavrovla görüşüb.
Gununsesi.info









