Rusiya XİN Paşinyanın açıqlamasını absurd adlandırdı

“İrəvanın “Rusiya qoşunlarının mövcudluğu Ermənistanın təhlükəsizliyinə təhdid yaradır” bəyanatı absurddur”.

Gununsesi.info  Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın mətbuat konfransında verdiyi bəyanata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rusiyalı hərbçilər, sərhədçilər on illərdir Ermənistanın təhlükəsizliyinin təmin edilməsinə əhəmiyyətli dərəcədə töhfə verirlər: “Bu, inkar edilməsi mümkünsüz olan obyektiv reallıqdır”.

Zaxarova qeyd edib ki, Ermənistan rəhbərliyi əvvəllər Rusiyanın ölkədə mövcudluğunu müsbət qiymətləndirirdi.

Gununsesi.info