Rusiya XİN: İranın nüvə sazişindən çıxmasını istisna etmək olmaz

  • By admin
  • 15 May 2018 15:00


İranın nüvə sazişindən çıxmasını istisna etmək olmaz.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “Valday” beynəlxalq müzakirə klubunda çıxışı zamanı bildirib. O deyib ki, İranın nüvə sazişindən çıxması ilə bağlı ssenarini istisna etmək olmaz.

Nazir müavini nüvə sazişindən uzaqlaşmağın ABŞ-a sərfəli olmasından da danışıb. Onun sözlərinə görə, ABŞ-ın bu addımından sonra xam neftin qiymətinin gözlənilən artımı Amerikanın şist neft sektoru üçün yeni imkanlar yaradacaq: “ABŞ-ın şist neft sənayesi neftin qiyməti 40 dollara düşəndə çox əziyyət çəkdi”.

Gununsesi.info