Rusiya yeni hücuma hazırlaşır - NATO rəhbəri

  • By admin
  • 31 Yanvar 2023 11:20

Rusiya Ukraynada müharibə başlayandan bəri ən böyük hücuma hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Biz görürük ki, onlar yeni hücuma hazırlaşırlar, çox sayda əsgəri, 200 mindən çox insanı və bəlkə də daha çoxunu səfərbər ediblər. Onlar fəal şəkildə silah və sursat tədarük edirlər”, – deyə baş katib vurğulayıb.

Stoltenberqin fikrincə, NATO Rusiya Prezidenti Vladimir Putinin “bütün Ukraynaya nəzarət” məqsədini dəyişdirdiyinə dair əlamət görmür.

Gununsesi.info