Rusiyada atəşfəşanlıq zamanı 1 nəfər ölüb,5 nəfər yaralanıb

  • By admin
  • 29 May 2016 09:50
rus
Rusiyanın Nijeqorod vilayətinin Dzerjinsk şəhərinin yaranmasının ildönümü ilə əlaqədar bayram tədbirində təşkil olunan atəşfəşanlıq zamanı baş vermiş bədbəxt hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, insident ötən gün gecəyarısı bayram atəşfəşanlığı zamanı baş verib. Belə ki, atəşfəşanlıqda istifadə olunan mərmilərdən biri insan kütləsinə dəyib. Nəticədə, bir nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisənin səbəbləri araşdırılır.